Ukraynanın Xerson vilayətində dəhşətli hadiə baş verib.

Unikal.org xəbər verir ki, kəndlərin birində yaşayan cütlük arasında inanılmaz olay yaşanıb. Belə ki ər həyat yoldaşının bişirdiyi şorbanı bəyənməyərək etirazını fərqli formada bildirib. O, vətəndaş nikahında yaşadığı arvadını dadsız şorbaya görə əvvəlcə döyüb, sonra isə it kimi zəncirləyərk 3 gün belə vəziyyətdə saxlayıb.
Bu vəziyyətdən onu bacısı xilas edib. Xilas olan qadın yaşadığı evi tərk edərək başqa məkana köçmək məcburiyyətində qalıb.

Onu bu vəziyyətə salan şəxsi isə 5 ilədək həbs cəzası gözləyir.