FİFA İspaniyaya xəbərdarlıq edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, FİFA İspaniya hakimiyyətinin bu ölkənin futbol federasiyasının işinə qarışdığını güman edir. Ali futbol qurumu hesab edir ki, hakimiyyət federasiyada keçiriləcək prezident seçkilərinə müdaxilə edir.

FİFA İspaniyanın təşkilata üzvlüyünü dondura biləcəyi ilə bağlı xəbərdarlıq edib. Yığma ilə yanaşı, İspaniyanın klubları da avrokuboklardan uzaqlaşdırıla bilərlər.

Yayda İspaniya Futbol Federasiyasının onlarla əməkdaşı korrupsiyada ittiham olunaraq həbs edilib. Prezident Anxel Maria Vilyar və oğlu da həbs olunanlar arasındadı.

Prezident vəzifəsini müvəqqəti olaraq Xuan Luis Larrea icra edir.