Rumınyada metroda dəhşətli hadisə yaşanıb.

Unikal.org Haberler-ə istinadla xəbər verir ki, 36 yaşlı Magdalena Serban adlı qadın Alina Ciucu adlı 25 yaşlı qızı qatarın altına atıb. Qatarla platforma arasında qalan Alina hadisə yerində can verib. Həmin anlar stansiyanın təhlükəsizlik kamerasına düşüb.

Buxarestdə baş verən hadisə görənləri dəhşətə gətirib. Belə ki, Alinanı relslərin üzərinə atan qadın o, çıxmağa çalışarkən təpikləyərək yenidən qatarın altına atıb.

Qeyd edək ki, qadınların ikisi də Dolj şəhərindəndir. Onlar Buxarestdə yaşayıblar. Cinayət törədən şəxs tutulub. Qadının psixoloji vəziyyəti müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.