Dünyanın ən populyar kriptovalytası bitkoinin qiyməti 19 min dolları ötüb.

Unikal.org "CoinMarketCap"a istinadən xəbər verir ki, saat 20:14 (GMT+4) üçün bitkoinin qiyməti 19,06 min dollar təşkil edib.

Bitkoinin ümumi kapitallı 316,5 milyard dollar təşkil edib.

Qeyd edək ki, "CoinMarketCap" portalı bu gün mövcud olan bütün kritovalyutaların ümumi kapitalını və orta qiymətini izləməyə imkan verir. Bitkoinlərin orta qiymətinin təyin edilməsi üçün "CoinMarketCap" 20-dən artıq birjanın məlumatını istifadə edir.