Madridin "Real" futbol komandası klublararası dünya çempionu olub.

Unkal.org  xəbər verir ki, İspan klubu final matçında Braziliyanın "Qremio" komandası ilə qarşılaşıb.

Matç 1:0 hesabı ilə Madrid təmsilçisinini qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu Kriştian Ronaldu vurub.

Qeyd edək ki, bu, "Real"ın ardıcıl olaraq ikinci çempionluğudur.