SON XƏBƏRLƏR
20 Iyul 2018
Eks baş nazirin oğlunun ölüm səbəbi bilindi - Epilepsiya
DÜNYA 10:45 / 17.12.2017
Xəbər verdiyimiz kimi, Türkiyənin keçmiş baş naziri, Ana Vətən Partiyasının sədri Məsud Yılmazın 38 yaşlı oğlu Mehmet Yavuz Yılmazın evində meyiti tapılıb. Polisin ilkin araşdırmalarına görə, Mehmet Yavuz Yılmaz odlu silahla intihar edib. Ancaq ailəsindən alınan ilkin məlumata görə Mehmetin silahı olmayıb. Polis araşdırmanı davam etdirir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq eks baş nazirin oğlunun özünə intihar etməsinin səbəbləri də açıqlanıb.

Səhər saatlarında evində həyatına qəsd edən Məsud Yılmazın oğlu Yavuz Yılmazın çalışdığı təşkilat açıqlama yayıb.

Kənd Universitetinin İcra Komitəsinin üzvü olan Yavuz Yılmaz uzun müddətdir ki, "Temporal Lobe Epilepsi" xəstəliyindən əziyət çəkirdi. 

Universitetin açıqlamasında bildirilir ki, o bir ildir ki, müalicə almasına baxmayaraq xəstəliyi getdikcə artır və bu səbəbdən ağır stress altında idi.