Mingəçevirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, şəhərin Günəşli qəsəbəsində yaşayan Ağdam rayonundan məcburi köçkün, 1985-ci il təvəllüdlü Nuriyyə Albalıyeva hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.