Türkiyə 2010-2016-ci il ərzində Azərbaycana ayırdığı iqtisadi maddi yardımın məbləğini açıqlayıb.

Unikal.org Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) istinadən xəbər verir ki, son 6 ildə Türkiyə Azərbaycana 157 milyon dollar iqtisadi maddi yardım edib. 

Türkiyənin keçən ilə kimi "iki tərəfli rəsmi inkişaf yardımı"ndan ən çox 10 ölkə yararlanıb. 

Bunlar Suriya, Somali, Fələstin, Əfqanıstan, Bosniya-Herseqovina, Qırğızıstan, Makedoniya, Qazaxıstan, Azərbaycan və Nigeriya olub. 

Türkiyənin  iqtisadi maddi yardımından ən çox yararlanan türkdilli ölkələr içində Qırğızıstan birinci olub: 

Türk respublikalarından Qırğızıstana 603,4 milyon dollar, Qazaxıstana 281 milyon dollar, Azərbaycana 157 milyon dollar, Türkmənistana 79,4 milyon dollar, Özbəkistana 47,4 milyon dollar, Tacikistana 24 milyon dollar rəsmi maddi yardım edilib.