Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

xxx

Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili tərəfdarlarının "İmpiçment marşı" aksiyası başlayıb.

Unikal.org xəbər verir ki, "Ukraynskaya pravda" nəşrinin məlumatına görə, aksiyada 4-6 min nəfər iştirak edir.

Bildirilir ki, Saakaşvili Şevçenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək "Kreşsatikə qədər və qələbəyə doğru" hərəkət etməyə çağırıb.

Mitinqçilər əllərində bayraqlar tutublar və "Yaşasın Ukrayna" və "İmpiçment" şüarları səsləndirirlər. İştirakçılar Kreşsatikdən keçərək Maydana doğru hərəkət edəcəklər və orada yığıncaq keçiriləcək.