Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Sabunçu və Binəqədi rayonu ərazisində yerləşən ərazidə liftdə qalanlarla bağlı məlumat yayıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara liftdən çıxmağa kömək ediblər. 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək ediblər. 

Hər iki əməliyyat günün müxtəlif saatlarında başa çatıb.