Bu gün Bakı-Qazax-Gürcüstan avtomagistralında minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə yolun Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər - Gürcüstan vətəndaşları 1967-ci il təvəllüdlü Daşdəmirov Həsən Aydın oğlu və 1975-ci il təvəllüdlü Səmədəov Mədət İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.