Sosial şəbəkələrdə yayılan bu video tənqidə səbəb olub.
Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, ərəb ölkələrində çəkilən videoda üç nəfərin avtomobilin üzərində namaz qıldığı əks olunub. Maraqlısı odur ki, avtomobilin sürücüsü yoxdur və 1 nəfər damda, iki nəfər isə baqajın üstündə namaz qılır. Avtomobil isə asta sürətlə hərəkət edir. Bəziləri bunu normal qarşılasalar da, əksəriyyət belə vəziyyətdə namaz qılınmasını "günah adlandırıb.
Videoya diqqət etdikdə isə məlum olur ki, əslində, bu, harınlamış ərəb "avtoşların nümayiş etdirdiyi bir şoudur.