Rusiyada yeni prezidentin kim olacağı ilə bağlı əhali arasında sorğu keçirilib.

Unikal.org xəbər verir ki, İctimai Rəy Fondu (FOM) respondentlərə "kimin prezident olmasını istərdiniz" sualı ilə müraciət edib.

Sorğuda iştirak edənlərin 67 faizi hazırki prezident Vladimir Putinə səs verəcəyini deyib.

Digər yerləri 8 faiz səslə Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski və cəmi 4 faiz səs yığan Kommunist Partiyasının lideri Gennadi Züqanov tutub.

Putinin sürpriz rəqibi, tanınmış teleaparıcı Kseniya Sobçakı cəmi bir faiz respondent dəstəkləyib.

Ümumilikdə isə sorğunun nəticələrinə görə Rusiya əhalisinin 81 faizi hazırki dövlət başçısına etimad göstərir.