SON XƏBƏRLƏR
20 Aprel 2018
19 Aprel 2018
Bakıda uşaqlara siqaret satılır - VİDEO
CƏMİYYƏT 22:10 / 17.12.2017

Belində məktəbli çantası olan iki az yaşlı tütün məmulatları satılan köşkə yaxınlaşır. Satıcı ilə biraz söhbət etdikdən sonra bir neçə siqaret paketi arasından özlərinə birini seçirlər.

Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Vunqtau küçəsində lentə alınıb. Görüntüləri "XəzərXəbər”in votsap nömrəsinə vətəndaşlardan biri çəkərək göndərib.

Sözügedən köşkü axtarıb tapdıq. Satıcı isə videodakı görüntülərlə razılaşmır.

Müxtəlif bəhanələr gətirən satıcı hətta görüntülərdəki ünvanın başqa yer olduğuna bizi inandırmağa çalışsa da, sonradan özü də görüntülərin orda çəkildiyini etiraf etdi.

Satıcı özü də zərərli vərdiş olan siqaretin azyaşlılara satılmasını pisləsə də, videodakı şəxsin başqa satıcı olduğunu deyərək boynundan atmağa çalışdı. İddia etdiyi siqaret paketi ölçüsündə saqqıza isə onun köşkündə rastlamadıq.

İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manata qədər cərimə gözləyir.