"Orlando Siti" komandasının braziliyalı yarımmüdafiəçisi Kaka karyerasını rəsmi olaraq başa vurub.

Unikal.org-un məlumatına görə, bu barədə 35 yaşlı oyunçu özü TV Globo-nun efirində açıqlama verib.

"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.

Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub.