Yüksəkmərtəbəli binadan yıxılanı tutmaq istədi, özü də öldü.

Unikal.org xəbər verir ki, hadisə Çində baş verib. Aşağıda dayanan gənc oğlan yüksək mərtəbədən bir qızın yıxıldığını görərək onu xilas etmək istəyib. Qollarını açaraq qızı tutmaq istəsə də binadan yıxılan şəxs zərblə oğlanın başına çırpılıb.

Olay nəticəsində oğlan da həyatını itirib.