SON XƏBƏRLƏR
20 Aprel 2018
19 Aprel 2018
Prezidentin 9 qəribə VƏRDİŞİ
DÜNYA 00:42 / 18.12.2017
"The Independent" nəşri ABŞ president Donald Trampın qəribə 9 vərdişinin siyahısını açıqlayıb. 

Unikal.org-un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər. Bundan başqa, D.Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərədn çox qorxduğu və bu səbəbdən əllərini tez-tez yuduğu da bildirilir.

Nəşrin məlumatına görə, D.Tramp fastfud təamlarına üstünlük verir və gün ərzində 12 bankayadək diyetik kola içir.

Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, D.Tramp qonqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir.