Türkiyədə 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq qəza törədib.

Unikal.org xəbər verir ki, hadisə Tekirdağ mahalının Malkara rayonun Kurtuluş küçəsində meydana gəlib.

16 yaşındakı Emre Y., ailəsindən xəbərsiz evinin qarşısından atasının avtomobilini qaçırıb. O, avtomobildə sinif yoldaşı ilə gəzərkən, idarə etməni itirərək qəza törədib. Qəzada sürücü Emre Y. və 16 yaşındakı məktəb yoldaşı İlyas K. da yaralanıb.

Qəzanı eşidib, hadisə yerinə gələn Emre Y.-nin ana və atası yaralanan övladının başının üzərində göz yaşı töküblər: 

Atasını görən Emre Y. bu sözləri deyib: Ata qəza törətdim nə edim? Atası isə yaralanan oğluna belə cavab verib:

"Uşaqlar, qəzanı başınıza salmayın. Sizlər yaxşı olun. Ağlama oğlum, kədərlənmə balam. Boş ver. Sən sağal yenə də avtomobil alaram. Əsas odur sizə bir şey olmasın. Mən yeni avtomobil alacam".