Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə "Egypt Today" nəşrinə Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.

"Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək", - deyə Basem əl-Həşimi əl-Sül bildirib.