Bakının Abbas Mirzə Şərifzadə küçəsində işıqforda dayanan sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, "Opel" markalı avtomobilin sürücüsü işıqforda yaşıl işığın yanmasına baxmayaraq, dayandığı yerdən tərpənməyib.

Nəticədə qısamüddətli də olsa, tıxac yaranıb.

Sürücülərdən biri qaydaları pozan sürücüdən yaşıl işıqda niyə sürmədiyini soruşub.

Onun isə cavabı etikadan kənar olub: "Mən dəliyəm, sənə nə olub? Sür get.

Həmin kadrları təqdim edirik: