Aktyor Müşviq Şahverdiyev özünə toy edib.

Unikal.org-un məlumatına görə, paytaxt restoranlarının birində keçirilən toya şou-biznesin bir çox tanınmış simaları qatılıb. Gecəyə dəvət olunan məşhurlar mərasimdən fotolarını öz səhifələrinə yükləyiblər.

Qeyd edək ki, Müşviq açıqlamasında ailə qurmağa hazırlaşdığı xanımın ailə dostlarının qızı olduğunu demişdi. Gələcək həyat yoldaşı aktyordan 10 yaş kiçikdir. Xanım Ukraynada yaşayır və orada müəllimə kimi fəaliyyət göstərir.