Xəzər TV-nin aparıcısı Zaur Kamal 4 min AZN-ə toylara getdiyini efirdə deyib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, "5-də 5 verilişinin qonağı əsl adı Şəhla Vakkas olan aparıcı Çiçək Zaur Kamaldan toy qiymətini soruşub və sualları ilə aparıcını efirdə pərt edib.

Zaur Kamal cavabında toylara sıx-sıx getmədiyini, rəhbərlik icazə vermədiyini deyib. Zaur toy qiymətinin 4 min manat olduğunu bildirib. Z.Kamal əlavə edib ki, rəhbərlik ona yüksək maaş verir və hazırda ən çox maaş alan aparıcı olduğunu qeyd edib.