Sosial şəbəkəyə yüklənən video Çində qalmaqal yaradıb.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, videoda qadınların bir-birini şillələməsi əks olunub.

KadrlarNanchang Jinhuayuan Meiye kosmetik firmasının açılışının 14-cü ildönümü mərasimində çəkilib. Belə ki, təşkil olunan mərasimdə şirkət müdiri işçilərini il ərzində yaxşı işləmədiklərinə görə bir-birlərini şillələməyə məcbur edib. Bu cəzalandırma şəkli sosial şəbəkələrdə şiddətlə qınanılıb.