Uşaq bağçasında müəllim balacaların dəcəlliyinə sinirlənib və onları döyməyə başlayıb. O, əvvəlcə 4 yaşlı oğlanı təpikləyib, sonra 3 yaşlı qızın başından vurub, sonda da 4 yaşlı oğlanı təpiklə vurub yerə sərib.

Unikal.org China Post-a istinadən bildirir ki, biabırçı olay Çinin şimal-qərbindəki Şansi vilayətindəki uşaq bağçalarından birində çəkilib.

Videomüşahidə kamerası ilə çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılandan sonra polis araşdırmaya başlayıb.

Müəllim vəzifəsindən kənarlaşdırılıb, istintaqa cəlb olunub. O, valideynlərdən üzr istəyib, "uşaqların dəcəlliyi və sözə baxmamaları nəticəsində səbrimi itirmişdim" deyib.