TV 8 kanalında yayımlanan "Yetenek sizsiniz yarışmasında həmyerlilərimiz növbəti dəfə tamaşaçıları və münsifləri özlərinə heyran qoyublar.

Unikal.org xəbər verir ki, "Gasanov Dance Group adı ilə çıxış edən Roman, Ramil,Əli, İskəndər və Toğrul möhtəşəm səhnə şouları ilə hər kəsi heyrətləndiriblər. Qafqaz rəqsləri ifa edən qrup 3 "Hə ilə növbəti mərhələyə keçiblər.

Qrup üzvləri "Yetenek Sizsiniz Türkiye" yarışmasına qatıldıq, Azərbaycanımızı orada təmsil etdik və 3 "EVET" lə geri döndük. Buna görə hər birinizə təşəkkür edirik deyiblər.

Qeyd edək ki, yarışmanın münsif kürsüsündə Acun İlıcalı, Ali Taran və Hülya Avşar əyləşib.