Tovuzun 80 yaşlı sakini həm zəhmətkeşliyi ilə, həm də maraqlı həyat tərzi ilə diqqət çəkir.

Unikal.org bildirir ki, Aslan İsmayılov evindəki bütün alət və qurğuları özü düzəldir. Bu zəhmətkeş insan Tovuzun Yuxarı Öysüzlü kəndində yaşayır. 80 yaşlı Aslan İsmayılov evində və təsərrüfatında istifadə etdiyi bütün məişət əşyalarını və alətləri heç bir yerdən almır, onların hamısını öz əlləri ilə hazırlayır.

Aslan İsmayılov çarpayıdan qalxmadan televizoru işə salmaq üçün də maraqlı yola əl atıb.

O, həm də peşəkar sürücüdür. İddia edir ki, avtomobilin dönmə işıqlarını 1961-ci ildə ilk dəfə o ixtira edib.

Aslan kişi ömrünün bu çağında da zəhmətdən qaçmır. Daim bir yenilik axtarır ki, onu evində, həyətində tətbiq etsin. /xezerxeber.az