Ağdaşda qətl hadisəsi baş verib. 

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, dünən axşam saatlarında Aşağı Zeynəddin kənd sakini, 1966- cı il təvəllüdlü Əliyev Baxşalı Məhərrəm oğlu Mığımov Dursun tərəfindən başına vurulan dəyənəklə öldürülüb.

Hadisənin baş verməsinə səbəb isə qətlə yetirilən şəxsin torpağında M. Dursunun qoyun oturmasıdır.

Belə ki, Ə. Baxşalı M. Dursuna onun torpağında qoyun oturmamasını deyib. Bu zaman M. Dursun əsəbiləşərək onun başına bir neçə yerdən dəyənəklə zərbə vurub. Ə. Baxşalı xəstəxanaya çatdırılsa da başına vurulan ağır zərbədən vəfat edib.

Hadisə ilə bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb. M. Dursun həbs edilib.

Qeyd edək ki, onun qətlə yetirdiyi şəxs qızının qaynıdır.