Ermənistanda siyasi fəal Vardqes Qasparyan dövlət gəlirləri komitəsinin binası qarşısında etiraz aksiyası keçirib.

Unikal.org azvision-a istinadən xəbər verir ki, o, əlində "Harutyunyan, sən yalançı, canisən sözləri yazılan plakat tutaraq erməni məmura etirazını bildirib. Siyasi fəal daha sonra yerə uzanmaqla etirazına davam edib.

Məlum olub ki, Qasparyan aldığı yükü 2 həftədir gömrükdə rəsmiləşdirə bilmir. Ararat gömrük orqanında bütün broker xidmətləri ona sənəd verməkdən imtina edirlər.

Onun fikrincə, bu, gömrük orqanı rəhbərinin əmridir, çünki gömrük məmurları mütləq kimdənsə asılıdırlar və "yuxarıların" əmrlərini yerinə yetirirlər.

Qasparyan "vahid pəncərə" sistemi ilə problemi həll etməyə çalışsa da, buna nail ola bilməyib. Sonda təkbaşına etiraz aksiyası keçirmək qərarına alıb.