Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki. hadisə ötən gün axşam saat 17:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 200-cı kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən piyada, rayonun Xırdapay kənd sakini Nadir Arif oğlu İsgəndərovu vurub. Ağır xəsarətlər alan N. İsgəndərov hadisə yerində ölüb.

Hadisəni törədən sürücünün tapılaraq istintaqa cəlb olunması istiqamətində zəruri tədbirlər görülür. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.