Dekabrın 28-də Xırdalan şəhərində yolun hərəkət hissəsini nəzərdə tutulmayan yerdən keçən piyadalar hərəkətdə olan avtomobilə qəza şəraiti yaradıblar.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində yolu keçmək istəyən bir ana və iki uşağı yolun hərəkət hissəsini qanunda nəzərdə tutulmayan yerdən keçən zaman uşaqlardan biri qəfil qaçaraq avtomobilin qarşısına çıxıb. Sürücü vaxtında reaksiya verib qəfil əyləci basdığına görə hadisədən son anda yayına bilib.

Hamıya məlumdur ki, ölkəmizdə piyadaların yol hərəkəti qaydaları haqqında bilikləri çox aşağı səviyyədədir. Qaydaları bilənlər isə məsuliyyətsizliyin nəticəsində intizamsızlıq edirlər. Bu isə sonda ölümlə nəticələnən yol qəzalarına səbəb olur.

Uşaqlarınızı sevdiyiniz kimi onlara qaydaları sevdirin. Onların faciəvi ölümü sizi ömürlük peşman edə bilər!