"Park Bulvara gələn sakinlərdən biri burada qoyulan "yardım qutusu"nu oğurlayıb.

Unikal.org xəbər verir ki, videodan görünür ki, orta yaşlı şəxs "Park Bulvardakı kinoteatrın kassasına yaxınlaşır. Kassanın yanında isə yardım qutusu qoyulduğu görünür.

Kassaya yaxınlaşan şəxs burada heç kimin olmadığını görür və ətrafa baxmağa başlayır.

Heç kimin onu görmədiyini düşünən oğru əynindəki gödəkçəni çıxararaq yardım qutusunun üstünə atır və qutunu götürərək kassadan uzaqlaşır.

Oğurluq hadisəsi təhlükəsizlik kamerasına düşüb.