Rusiyada ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org oilgas-a istinadən xəbər verir ki, hadisə Krasnoturinsk şəhəri yaxınlığında baş verib. İlkin məlumata əsasən, "VAZ-2108 markalı maşının sürücüsü sərxoş olduğu üçün sükana nəzarəti itirib. Bu zaman o avtomobili yanacaq daşıyan maşının üzərinə sürüb. İçərisində 32 ton dizel olan maşın zərbənin gücü ilə yoldan çıxıb və alışıb.

Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, çox keçmədən avtovağzalda saxlanılıb.