Bəzən düzgün olmayan modem seçimi internetdən istifadəni bizim üçün əzaba çevirir. Bəs modem alarkən nələrə diqqət edilməlidir? Mütəxəssislərin tövsiyyələrini dinləyək.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, evinə və ya ofisinə ilk dəfə internet çəkdirmək istəyənlər adətən modem seçməkdə çətinlik yaşayırlar. Çünki bazarda fərqli xüsusiyyətlərə malik müxtəlif çeşidlərdə modemlər mövcuddur. Düzgün seçilməyən modem isə istifadə zamanı müəyyən problemlər yaradır.

Mütəxəssislər deyirlər ki, modem alarkən onun istifadə ediləcəyi yer xüsusilə nəzərə alınmalıdır. Çünki modemin texniki göstəriciləri bu ehtiyaca görə müəyyənləşdirilməlidir.

Modemdən neçə cihazın istifadə edəcəyi də önəmlidir. Bu baxımdan iş yeri üçün nəzərdə tutulan modemlərin göstəriciləri daha yüksək olmalıdır.

İş yerlərinə alınan modemlərdə yüksək sürətli və keyfiyyətli internet axınını təmin etmək üçün göstəricilərinə xüsusi diqqət edilməlidir. Məsələn, əgər ofisin həcmi və qoşulacaq cihazların sayı çox olacaqsa, onda peşəkar və qiyməti nisbətən daha baha olan modem almalı olacaqsız. O ki qaldı qiymətlərə, modemlərin qiymətləri 20 manatdan başlayır və 100 manata qədər davam edir.