Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Unikal.org səstv-yə istinadən xəbər verir ki, axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd ərazisində "Mersedes" markalı "99 GT 578" dövlət nömrə nişanlı avtomobilin qarşısına inək çıxması nəticəsində "Ford" markalı "99 HC 833" dövlət nömrə nişanlı avtomobil və daha bir "Mersedes" markalı avtomobillə toqquşub.

Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər və Sabirabad rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.