SON XƏBƏRLƏR
25 Aprel 2018
24 Aprel 2018
Azərbaycanda qətl törədən qısqanc kişi tutuldu - YENİLƏNİB-2
KRİMİNAL 15:00 / 12.01.2018
Beyləqanda qanlı hadisə törədən Muxtar Mustafayev tutulub.

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in "102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Ə. Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə. Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M. Mustafayev Ə. Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng də götürülüb.

11:16

Ötən gün Beyləqan rayonu Dünyamalılar kəndində baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Unikal.org "Ölkə.Az"-a istinadən xəbər verir ki, Dünyamalılar kəndində Xocavənd rayonundan məcburi köçkün kimi məskunlaşan 38 yaşlı Mustafayev Muxtar Yaqub oğlu həmin kənd sakini 27 yaşlı Bayramov Əli Əlövsət oğlunu özünə məxsus odlu silahla qətlə yetirib. Sonra isə könüllü olaraq rayon polis şöbəsinə gedərək təslim olub. Hadisənin təfərrüatları ilə bağlı kənd icra nümayəndəsi Mürşüd Xudaverdiyev bunları bildirib:

"M.Mustafayev fərdi əməklə məşğul olub, qardaşı da Qarabağ döyüşlərində şəhid olub. Normal ailə kimi xarakterizə olunurlar. Ə.Bayramov isə tüfeyli həyat tərzi keçirib, dəfələrlə Muxtara qarşı nalayiq sözlər işlədib. Bir neçə gün öncə isə zivədən Muxtarın ailəsinə məxsus paltarları oğurlayıb. Həmçinin kənddə söz yayıb ki, guya Muxtar qardaşının ailəsi ilə cinsi əlaqədə olur. Bu sözləri eşidən Muxtar Əli ilə təklikdə söhbət edərək bildirib ki, "kənddən köç get, harda yaşayırsan yaşa”. Ancaq Əli bu sözlərdən nəticə çıxarmayıb. Muxtarda namusunu qorumaq üçün evində olan silahla Əlinin ürəyinə bir güllə vuraraq onu qətlə yetirib”.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və M.Mustafayev şübhəli şəxs qismində həbs edilib.

10:03

Beyləqan rayonunda qətl hadisəsi törədilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu 1991-ci il təvəllüdlü Bayramov Əli Əlövsət oğlunu odlu silahla qətlə yetirib.

Məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.