SON XƏBƏRLƏR
20 Aprel 2018
19 Aprel 2018
Ramil Usubov onu RƏİS TƏYİN ETDİ
SİYASƏT 13:07 / 12.01.2018
Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.