Lənkəranda "Xəzər Lənkəran" klubunun məşqçisi qəzaya düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki, Lənkərandan Bakıya gələn "Ford" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində "Xəzər Lənkəran" futbol klubunun məşqçisi, veteran futbolçu Namik Qarayev xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, veteran futbolçu baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb: "Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır".

Xatırladaq ki, hazırda Lənkəranı təmsil edən "Zirvə" klubuna rəhbərlik edən mütəxəssis Cənub Regional Futbol Federasiyası tərəfindən 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, bu gün səghər saatlarında Lənkəran-Bakı sərnişin mikroavtobusu rayonun Ürgə kəndində qəzaya düşüb. Qəza nəticəsində 10 nəfər sərnişin xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib, bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.