Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.