Bir alış-veriş mərkəzindən çıxan Deniz Akkaya jurnalistlərin sual atəşinə məruz qalıb. Akkaya öncə müğənni Yeliz Yeşilmenlə aralarındakı qalmaqaldan danışıb. O, illər öncə komediya ustası Cem Yılmazla çəkdirdiyi fotonun yenidən gündəmə gəlməsinə də toxunub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş model Cem Yılmazla 15 il əvvəl verdiyi cəsur pozlarını xatırladan müxbirə səmimi cavab verib. Deniz Akkaya, "O kadrları Gülsə Birsəlin rəhbəri olduğu bir jurnal üçün çəkdirmişdik. Gülse çox uğurlu bir qadındır, çünki fotonun üzərindən 15 il keçib və hələ də bu barədə danışa bilirik .

Müxbirlərin, "Yenidən eyni pozanı verərsizmi?" sualına "Hətta bu gün də eyni pozanı verərəm. Niyə də olmasın? Keçmişə qayıdırıq? Təbii ki yenə verərəm deyə cavab verib.

O dövr sevgili olmadıqlarının da vurğulayan Akkaya, "15 ildir bu sualı soruşursunuz, aramızda heç bir sevgi olmayıb, yoxdur" deyə vurğulayıb.