Yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə "BakuBus MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bakı Nəqliyyat Agentliyindən unikal.org-a verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi "Məktəb küçəsindən deyil, E.Qasımov küçəsindən "Səməd Vurğun bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

"Belə ki, "Məktəb küçəsi istiqamətində avtomobil yolu "BakuBus MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. "Məktəb küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb, - deyə məlumatda vurğulanıb.