Bakının Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən unikal.org-a verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan, 1964-cü il təvəllüdlü Sivuşkin Dmitri Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil verib.