19 Oktyabr 2018
18 Oktyabr 2018
"Azərbaycan qərbli tərəfdaşlarımızda qıcıq yaradır" - Zaxarova
SİYASƏT 17:20 / 12.01.2018
Rusiya Xarici Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, XİN nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna səbəb Azərbaycanın bir neçə beynəlxalq idman, mədəniyyət yarışlarına uğurla ev sahibliyi etməsi olub. 

Zaxarova Dövlət Departamentinin turistlərə Azərbaycana səfər etməkdən çəkinməklə bağı çağırışını cəfəngiyyat adlandırıb: "Bunu ancaq Azərbaycanda olmayan, onun mədəniyyətini, siyasi reallığını bilməyən, Azərbaycanın yerini xəritədə göstərə bilməyənlər edə bilər.  Mən dəfələrlə və böyük məmuniyyətlə Azərbaycana səfər etmişəm. 

Nədənsə beynəlxalq tədbirləri uğurla keçirən ölkələr qərbli tərəfdaşlarımızda qıcıq yaradır. Bakının tarixi yerləri, restoranları, muzeyləri tamamilə təhlükəsizdir. Ona görə də turistlərə Azərbaycana, Bakıya səfər etməməyi tövsiyə etmək tamamilə cəfəngiyyatdır. Bir daha təkrar edirəm ki, bunu ancaq Azərbaycan haqqında, onun mədəniyyəti, siyasi reallığı haqqında təsəvvürə malik olmayanlar, hətta xəritədə də bu ölkənin yerini göstərə bilməyənlər edə bilər".