Yanvarın 13-ü səhər saatlarından "Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül NMM-nə köçürülüb.

"Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül NMM-nə hərəkət etməsi təmin olunacaq, - deyə M.Ağayev əlavə edib.