Yanvarın 13-ü səhər saatlarından "Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül NMM-nə köçürülüb.

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül NMM-ə hərəkət etməsi təmin olunacaq.