SON XƏBƏRLƏR
25 Aprel 2018
Baş nazir Bakıya gəlir
SİYASƏT 19:02 / 12.01.2018
Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Bolqarıstan Nazirlər Şurasından məlumat verilib.

Qeyd olunub ki, B.Borisov Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə yanvarın 15-16-da Bakıda rəsmi səfərdə olacaq. Səfərin proqramı dəqiqləşdirilir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.

İki ölkə arasında həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.