SON XƏBƏRLƏR
20 Iyul 2018
Aİ ilə Azərbaycan arasında aviasiya sazişi razılaşdırılıb
SİYASƏT 20:54 / 12.01.2018

Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında aviasiya üzrə saziş, demək  olar ki, artıq razılaşdırılıb.  

Unikal.org-un xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib. Səfirin sözlərinə  görə, sazişlə bağlı sadəcə son nöqtəni  qoymaq lazımdır: "Düşünürəm  ki, yanvar- fevral  aylarında  bu mümkün olacaq". 

Kestutis Yankauskas həmçinin qeyd edib ki, Azərbaycan və Avropa  İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar dinamik aparılır.