Çexiyanın paytaxtı Praqada şərnişin avtobusu "Å kodа Superb" markalı avtomobilə, sonra isə yolun kənarındakı ağaca çırpılıb.

Unikal.org  RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər ölüb, aralarında 2uşaq olmaqla, 30-a yaxın sərnişin xəsarət alıb.

Bir neçə sərnişinin deformasiyaya uğramış avtobusun içində qaldığı bildirilir. Hazirda yanğın söndürən briqadanın əməkdaşları sərnişinlərin avtobusdan çıxarılması ilə məşğul olur.

Hadisə yerinə 11 təcili yardım briqadası cəlb olunub. Qəza ilə əlaqədar rayonda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Polis hadisə ilə bağlı istinaqa başlayıb.