"Barselonanın argentinalı hücumçusu Lionel Messinin gəlirləri barədə məlumat açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə "L'Équipe "Mediaparta istinadən məlumat yayıb.

Qeyd edilir ki, Messi 2017-ci ildə "Barselona ilə yeni müqavilə imzalayıb. Mətbuatın məlumatına görə, o, 4 ildə 400 milyon avrodan çox qazanıb.

KİV-in məlumatına görə, dünya futbolu tarixində heç bir oyunçu mövsümdə 100 milyon avrodan çox qazanmayıb.