Axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Kükəl kənd sakini Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində 1991-ci il təvəllüdlü həmkəndlisi Paşayev Vaqif Rafael oğlunu bıçaqlayıb.

Döş qəfəsindən bir bıçaq yarası alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirir.

Faktla bağlı araşdırma aparılır.