Ötən gün Azərbaycanın daxili işlər orqanları 117 cinayət faktı qeydə alıb, onların da 28-i "isti izlərlə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.